U-19-dan fantastik nəticə: Futbolumuz belə şey görməmişdi
07.10.2011 - 10:22
Azərbaycan milli komandası (U-19) görünməmiş nəticəyə imza atıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsinin İsveçdə keçirilən oyunlarına meydan sahibləri üzərində sensasiyalı qələbə ilə başlayan Vəli Qasımovun yetirmələri inanılmaz göstərici ilə də fərqlənib.
Belə ki, yığmamız rəqibini cəmi 1:0 hesabı ilə udsa da, skandinaviyalılardan 1 baş üstün olub. Komandamız çərçivəyə endirilən dəqiq zərbələrdə rəqibindən 7 dəfə üztün olub – 7:1. Belə aşkar üstünlüyə isə milli komandalarımızın nə vaxtsa nail olması çətin xatırlanan faktdır. Elə künc zərbələrində də ikiqat üstünlük də millimizin aşkar üstünlüyündən xəbər verir.

| Azerbaijan | İsveç | |
|---|---|---|
| 1 | Qol | 0 |
| 7 | Çərçivəyə zərbələr | 1 |
| 3 | Qeyri-dəqiq zərbələr | 8 |
| 6 | Künc zərbələri | 3 |
| 6 | Qayda pozuntuları | 2 |
| 1 | Sarı vərəqələr | 1 |
| 0 | Qırmızı vərəqələr | 0 |
0
0