Azərbaycan kubokunun püşkatmasının vaxtı bilindi
07.10.2011 - 10:18
Azərbaycan kubokunun püşkatmasının vaxtı bilindi
2011/2012-ci il mövsümü Azərbaycan kubokunun püşkatma mərasiminin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, tədbir oktyabrın 13-də baş tutacaq. Püşkatma AFFA-nın inzibati binasında təşkil olunacaq. Həmin tədbir saat 15:00-da başlayacaq.

Mənbə: pfl.az