FİFA Ömər Toprakın yığmamızla görüşməyinə rəsmən icazə verdi
07.10.2011 - 10:40
FİFA Ömər Toprakın yığmamızla görüşməyinə rəsmən icazə verdi
FİFA Türkiyə milli komandasının futbolçusu Ömər Toprakla bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, dünya ali futbol qurumu “Bayer”in yarımmüdafiəçisi “ay-ulduzlular”ın heyətində rəsmən icazə verib. FİFA bununla əlaqədar Türkiyə Futbol Federasiyasına rəsmi məktub göndərib. Orada 22 yaşlı futbolçunun Türkiyə yığmasında oynamağında heç birinin əngəlin olmadığı yazılıb. Nəticədə Ömərin Avro-2012-in seçmə mərhələsində çağırıldığı Almaniya və Azərbaycanla oyunlarda meydana çıxmağından problem qalmayıb.

Toprak doğulub, boya başa çatdığı Almaniyanı yox, Türkiyə yığmasını seçib. Sadəcə o, əvvəllər Bundestimin aşağı yaş qruplarından ibarət yığmasına cəlb edildiyindən, FİFA-nın razılığı vacib idi.

Qeyd edək ki, Ömər Almaniyanın 19 yaşlılardan ibarət yığmasının heyətində (2008-09-cu illərdə) 3 oyunda 1 qol vurub.