Oğuz Çətin: Bu, Azərbaycan qarşısına daha rahat çıxmağımıza imkan verəcək
07.10.2011 - 11:05
“Almaniya ilə oyunda bizə 1 xal da yetərlidir. Ancaq bu rəqiblə görüşdə meydana yalnız qələbə qazanmaq üçün çıxacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə yığmasının məşqçisi Oğuz Çətin deyib. Avro-2012-in seçmə mərhələsində bu gün Almaniya yığması ilə İstanbulda vacib görüşə çıxacaq “ay-ulduzlular” oktyabrın 11-də Azərbaycan millisini qəbul edəcək. Çətin həmin matça rahat çıxmaq istədiklərini bildirib: “Qrupda 2-ci pillə uğrunda mübarizədə üstünlüyə malikik. Ancaq bu yeri itirməyimiz riski hələ də var. Almaniya ilə oyundan ən az 1 xal almağımız gərəkdir. Bu xal Azərbaycan qarşısına daha rahat çıxmağımıza imkan verəcək”.
0
0