Azərbaycan – Avstriya oyununa biletlərin satışı davam edir
07.10.2011 - 11:21
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün saat 21:00-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Avstriya oyununun biletlərin satışı davam edir. Apasport.az saytının məlumatına görə, biletləri Park Bulvar Alış-Veriş Mərkəzinin I və IV mərtəbəsindəki satış nöqtələrində, Mərdəkan qəsəbəsində, “Abşeron” sanatoriyasının arxasındakı Topaz məntəqəsində, metronun “İçəri Şəhər” və “Elmlər Akademiyası” stansiyalarında, həmçinin AFFA-nın inzibati binasının qarşısındakı Fan-shop-da və “Dalğa Arena”nın qarşısındakı satış məntəqəsində almaq mümkündür.
Qeyd edək ki, biletlərin sektorlar üzrə qiyməti barədə məlumatı saytımızın “Ümumi məlumatlar” bölməsindəki “Biletlər” linkinə daxil olmaqla əldə edə bilərsiniz.
Qeyd edək ki, biletlərin sektorlar üzrə qiyməti barədə məlumatı saytımızın “Ümumi məlumatlar” bölməsindəki “Biletlər” linkinə daxil olmaqla əldə edə bilərsiniz.
0
0