“Berti Foqtsun özünəməxsus taktikası var“
07.10.2011 - 11:26
“Berti Foqtsun özünəməxsus taktikası var“
"Bakıda bizi matçın 1-ci dəqiqəsindən 94-cü dəqiqəsinə kimi çətin oyun gözləyir. Ona görə də bu oyuna ciddi hazırlaşırıq". Apasport.az saytının xəbərinə görə, bunu Avstriya milli komandasının idman direktoru Villi Ruttenşteyner deyib.

Millinin müvəqqəti çalışdırıcısı yığmamızın heyətində çəkindikləri oyunçunun da adını açıqlayıb: "Azərbaycan millisi öz meydanında yaxşı çıxış edir. İlk dəqiqələrdən rəqibi qapısına doğru sıxışdırır. Xüsusilə də onların hücumçusu Vaqif Cavadova diqqət yetirmək lazımdı. O, çox təhlükəli futbolçudu. Berti Foqtsun da özünəməxsus taktikası var. Lakin təəssüf ki, komandamızın müdafiə xətti heç də qaydasında deyil. Bütün oyunlarda demək olar ki, eyni səhvlərə yol vermişik. Bununla belə, səfərdə qalib gələcəyimizə inanıram. Bunun üçün də rəqibə oynamaq imkanı verməməli və sonadək mübarizə aparmalıyıq".