Vaqif Sadıqovu tarixə salan rəqib
07.10.2011 - 12:15
Bu gün Azərbaycan və Avstriya milli komandaları tarixlərində 4-cü dəfə görüşəcək. Apasport.az saytının məlumatına görə, millimiz bu il evdəki son rəqibi indiyə kimi yoldaşlıq görüşündə yox, yalnız rəsmi oyunda üzləşib. Özü də hər dəfə fərqli baş məşqçilərlə meydana çıxmışıq.
Avstriyalılarla ilk dəfə DÇ-2006-nın seçmə mərhələsində bir qrupa düşmüşük. Həmin vaxt millimizin sükanı arxasında olan braziliyalı Karlos Alberto Torres rəsmi oyunda ilk məğlubiyyətini məhz Vyanada aldı. Özü də meydan sahibləri qələbəni fasiləyə kimi vurduqları 2 qolla təmin etdilər. Torres bu oyunda etdiyi əvəzetmələrlə diqqət çəkdi. Belə ki, o, fasilədən dərhal sonra hər 3 əvəzləməni edərək, oyunu xilas etməyə çalışdı. Adətən bütün dəyişikliklərin artıq 46-cı dəqiqədə edilməsi böyük riskdir və futbolda az hallarda müşahidə olunur. Çünki qalan vaxtda hansısa futbolçu zədələnsə, onu dəyişmək imkanı olmadığından, görüşü azlıqda başa vurmağa məcbursan. Ancaq braziliyalı dünya çempionu bu riskə getdi və Mahmud Qurbanovu İsmayıl Məmmədov, Anatoli Ponomaryovu İlqar Qurbanov, Samir Əliyevi Nadir Nəbiyevlə əvəzlədi. Ancaq bu, fayda vermədi və yığmamız qol vura bilməyərək, oyunu 0:2 hesablı məğlubiyyətlə bitirdi.
Avstriya ilə Bakıdakı matç öncəsi Torres istefaya göndərildiyindən, millimizi ondan sonrakı ilk rəsmi oyuna Vaqif Sadıqov çıxardı. Torresin köməkçisi olan təcrübəli mütəxəssisimizə həmin cari seçmə mərhələnin sonuna kimi yığmamızı çalışdırmaq tapşırıldı. Avstriya millisi ilə Bakıdakı yeganə oyunumuz Sadıqov üçün tarixi nəticə ilə əlamətdar oldu. Belə ki, 52 yaşlı çalışdırıcı 3 müxtəlif vaxtda baş məşqçisi olduğu millimizdə rəsmi oyunda ilk və yeganə xalını onda qazandı – 0:0.
Millimizi cari seçmə mərhələdə yenidən bizə rəqib olan Avstriya ilə son görüşə isə millimizin hazırkı baş məşqçi Berti Foqts çıxardı. Rəqibdən yeganə böyük hesablı məğlubiyyətimiz 65 yaşlı almaniyalı çalışdırıcının hesabına yazıldı – 0:3. Onda qolları vuran, “Verder”də çıxışı ilə tanınan yarımmüdafiəçi Sebastyan Prodlla hücumçu Marko Arnautoviç yenə heyətdədir.
Qeyd edək ki, yığmamızda avstriyalılarla hər 3 oyunda iştirak edən 2 futbolçu var. Bunlar kapitan Rəşad Sadıqovla vitse-kapitan Mahir Şükürovdur. Ancaq Mahir cəzalı olduğundan, Rəşaddan fərqli Avstriya millisi isə 4-cü matçda iştirak edə bilməyəcək.
Azərbaycan və Avstriya milli komandaları arasında oyunlar
DÇ-2006-nın seçmə mərhələ oyunları
8 sentyabr 2004-cü il
Avstriya – Azərbaycan – 2:0
Qollar: Martin Ştrantsl, 23, Roland Kollmann, 44
Vyana. “Ernst Happel” stadionu
7 sentyabr 2005-ci il
Azərbaycan – Avstriya – 0:0
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Avro-2012-in seçmə mərhələ oyunu
8 oktyabr 2010-cu il
Avstriya – Azərbaycan – 3:0
Sebastyan Prodl, 3, Marko Arnautoviç, 53, 90+2
Vyana. “Ernst Happel” stadionu
Mehman SÜLEYMANOV

0
0