Qasımov Lippertin yolu ilə gedir
07.10.2011 - 14:00
Azərbaycan milli komandası (U-19) Avropa çempionatlarının seçmə mərhələlərində tarixi qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, İsveçdə təşkil olunan yarışın ilk günündə meydan sahiblərini 1:0 hesabı ilə məğlub edən Vəli Qasımovun yetirmələri bəzi göstəriciləri təkrarlayıb.
Təşkilatçı üzərində 4-cü qələbə
18-ci dəfədir qitə birinciliyinə qatılan yığmamız indiyədək cəmi 3 dəfə təşkilatçı üzərində qələbə qazanmışdı. İlk dəfə buna 13 il əvvəl Əsgər Abdullayevin rəhbərliyi altında imza atan komandamız Arif Əsədov və Bernard Lippertlə də eyni nailiyyətə sevinmişdi. Lakin Digərlərindən fərqli Əsədovun yetirmələri buna elit-raundda nail olublar.
26.08.1998 Uels - 1:0
30.05.2007 Norveç - 2:1
09.10.2009 İsrail - 3:0
06.10.2011 İsveç - 1:0
Debütantın 4-cü qələbəsi
U-19-un baş məşqçisi kimi debüt matçına çıxan Qasımov sələflərindən 3-ü kimi elə startda qələbə sevinci daddı. Ona qədər Vaqif Sadıqov, Arif Əsədov və Bernard Lippert də U-19 fəaliyyətinə 3 xalla start vermişdi.
02.10.1996 Avstriya - 1:0
27.10.2006 Ermənistan - 2:1
09.10.2009 İsrail - 3:0
06.10.2011 İsveç – 1:0
5-ci dəfə qələbəylə başladıq
Ümumilikdə isə komandalarımız seçmə turnirə 5-ci dəfədir ki qələbə ilə başlayır. Baş məşqçi üçün debüt qarşılaşması olan qeyd etdiyimiz 4 oyunla yanaşı Avro-2007-nin elit-raunduna da qələbə ilə başlamışdıq.
30.05.2007 Norveç - 2:1
Qasımov Lippertin yolu ilə gedir
Bütün qeyd olunanlara əsasən belə qənaətə gəlmək olar ki, Qasımovlu yığmanın İsveçdəki qələbəsinə qədər yalnız 1 dəfə baş məşqçinin U-19 debütü meydan sahibi üzərində qələbə ilə üst-üstə düşmüşdü. Bu da 2 il əvvəl U-19-dakı “siftə”si İsraildə gerçəkləşən Lippertlə olmuşdu. Lakin Qasımovdan fərqli bu postu ona 1 il əvvəl təhvil verən Lippert həmin vaxtadək digər milli komandalarımızla iş stajına malik idi.
Qeyd edək ki, əvvəl U-18 olan, sonradan U-19-a çevrilən yığmamızın seçmə mərhələlərdə ümumilikdə 12 qələbəsi var.

0
0