Türkiyə - Azərbaycan oyununa biletlərin qiymətləri açıqlandı
07.10.2011 - 14:40
Avro-2012-in seçmə mərhələsində oktyabrın 11-də keçiriləcək Türkiyə - Azərbaycan oyununa biletlər sabahdan satışa çıxarılacaq. Apasport.az saytının məlumatına görə, İstanbulda “Türk Telekom” arenada keçiriləcək görüşə biletlər yerli vaxtla saat 11:00-dan (Bakı vaxtilə saat 13:00-da) satışda olacaq. Artıq qiymətlər də açıqlanıb. Belə ki, I kateqoriyadan biletlər 54, II kateqoriyadan 38, III kateqoriyadan 27 türk lirəsidir. Ən ucuz qapı arxasında biletlərdir – 17 lirə.
Qeyd edək ki, cari seçmə mərhələdə son matçımız Bakı vaxtilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, cari seçmə mərhələdə son matçımız Bakı vaxtilə saat 22:00-da başlayacaq.
0
0