Azərbaycan çempionunun potensial rəqibləri dəqiqləşdi
07.10.2011 - 14:46
Azərbaycan çempionunun potensial rəqibləri dəqiqləşdi
Futzal üzrə UEFA kubokunun elit raundun səbətlərinin tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, oktyabrın 11-də baş tutacaq püşkatmada komandalar 4 səbətə bölünəcək. Lakin səbətlərin tərkibi bərabər deyil.

Belə ki, I səbətdə 4 təşkilatçı komanda yer alıb. II səbətdə əsas mərhələdə qrup 2-cisi olan 5 komanda yer alıb. III səbətdə 4 qrup qalibi, sonuncuda isə səpələnmişlər yer alıb. Səpələnmişlərdən 1-i – “Sportinq” təşkilatçı olduğundan bu səbətdə 3 komanda yer alıb. Elə Azərbaycan çempionu “Araz”da bu 3 komanda arasındadır.

I səbətdən olan səpələnmiş təşkilatçının qrupuna II səbətdən 2, III-dən 1 rəqib çıxacaq. Digər qruplarda isə hər səbətdən 1 komanda yer alacaq. Bu isə o deməkdir ki, “Araz” I səbətin 3 komandasından biri ilə görüşə bilər: ya “Barselona”, “”Dinamo”, ya da “marka Futzal”.

I səbət
“Sportіnq” (Portuqalіya)
“Barselona” (İspanіya)
“Marka Futzal” (İtalіya)
“Dіnamo Moskva” (Rusiya)

II səbət
“ETO Dyor” (Macarıstan)
“Slov-Matіk” (Slovakiya)
“ERA-PAK Xrudіm” (Çexіya)
“Tirqu-Mureş” (Rumınіya)
“Uraqan” (Ukrayna)

III səbət
“Eyndhoven” (Hollandiya)
“İberіya Star” (Gürcüstan)
”Şatelіno” (Belçika)
“Ekonomats” (Serbіya)

IV səbət
“Montesіlvano” (İtalіya)
“Kayrat” (Qazaxıstan)
“Araz” (Azərbaycan)