5 klub Azərbaycan kubokunda oynamaqdan imtina etdi
07.10.2011 - 14:53
5 klub Azərbaycan kubokunda oynamaqdan imtina etdi
2011/2012-ci il mövsümü Azərbaycan kuboku uğrunda 22 komanda mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, ənənəvi qayda üzrə keçiriləcək yarışda Premyer Liqadan 12, I Diviziondan isə 10 komanda iştirak edəcək. Aşağı dəstənin digər təmsilçiləri isə bu yarışa qatılmaqdan imtina ediblər.

Premyer Liqadan "Neftçi", "Xəzər Lənkəran", "Qarabağ", AZAL, "İnter", "Bakı", "Qəbələ", "Kəpəz", "Turan", "Rəvan", "Simurq", "Sumqayıt Şəhər", I diviziondan "Muğan", "Bakılı", "Qaradağ Lökbatan", "Şahdağ", "Karvan", "Neftçala", "Göyəzən", "Şuşa", "Tərəqqi", "Lokomotiv" fəxri mükafata iddialılar sırasına qatılıb. “Şəmkir”, “Həkəri”, MOİK, “MKT-Araz”, “Energetik” isə əksinə kubokda oynamaqdan vaz keçiblər.

Qeyd edək ki, püşkatmaya əsasən müəyyən ediləcək cütlüklər Azərbaycan kubokunun 1/4 final mərhələsinədək öz aralarında yalnız bir görüş keçirəcək.

Mənbə: pfl.az