“Dalğa Arena”da yubileydə ilk qolumuzu kim vuracaq?
07.10.2011 - 15:35
Bu gün Azərbaycan milli komandası “Dalğa Arena”da yubiley oyuna çıxacaq. Apasport.az saytının məlumatına görə, Mərdəkan qəsəbəsində yerləşən AFFA Futbol Mərkəzindəki stadionda yığmamızın 10-cu oyunu keçiriləcək. Bu ildən istifadəyə verilən, FİFA-nın qəbul etdiyi “Dalğa Arena”da indiyə kimi müxtəlif yığmalarımızın 9 matçına şahid olmuşuq.
Siftəni edən 17 yaşlılardan ibarət yığmamız (U-17) iyunun ilk yarısında futbolumuzun 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində keçirilən “Caspian Cup” beynəlxalq turnirində iştirak etdi. Təbriz Həsənovun baş məşqçisi olduğu komandamız 3-cü yeri tutduğu yarışda 4 oyun keçirdi.
Ən yüksək keyfiyyətli süni örtüklü meydançaya malik “Dalğa Arena”da növbəti sınağa əsas yığmamız çıxdı. Berti Foqtsun yetirmələri avqustun 10-da Makedoniya yığması ilə yoldaşlıq görüşündə məşhur Qoran Pandevin vurduğu qolla 0:1 hesabı ilə uduzdu.
Qızlardan ibarət U-17-miz də Mərdəkanda əcnəbilərlə qüvvəsini sınadı. Fərq ondadır ki, bu, Avropa çempionatının Bakıda təşkil olunan seçmə mərhələ oyunları idi. Almaniyalı Sissi Raytın çalışdırdığı komandamız hər 3 oyunda yenilərək, qrup sonuncusu oldu. Yeganə qolumuzu milliləşdirilən alman türki Melis Sarıaltın oldu.
Nəhayət, dünən oğlanlar – 21 yaşlılardan ibarət yığmamız da “Dalğa Arena”da Avropa çempionatının seçmə mərhələ oyununu keçirdi. Ancaq norveçli həmyaşıdlarla görüşdə də məğlubiyyətimiz qaçılmaz oldu – 0:2.
İndi millimiz yeni stadionunda 2-ci sınağına çıxacaq ki, bu, artıq ilk rəsmi oyun olacaq. Maraqlıdır, “Dalğa Arena”da yubiley oyunda qolumuzu kim vuracaq? 17 yaşlıları nəzərə almasaq, əsas və 21 yaşlılardan ibarət yığma səviyyəsində bu arenada qol vura bilməmişik. Bu mənada siftə edən tarixə düşəcək.
Özü də indiyə kimi Avstriya yığması hər 3 oyunda fərqlənə bilməməyimiz qolun əhəmiyyətini artırır. Avrokuboklarda avstriyalılarla Bakıdakı son oyunda qolumuzu vuranlar indi də millimizin sıralarındadır. Bu, həmin vaxt “Neftçi”nin heyətində “Rid”ə 2:1 hesabı ilə qalib gəldiyimiz görüşün ilk hissəsində qolları vuran müdafiəçi Rəşad Sadıqovla milliləşdirilən serbiyalı hücumçu Branimir Subaşiçdir. Onlar həmin vaxt Tofiq Bəhramov adına Respublika stadionunda fərqlənmişdilər.
Qeyd edək ki, “Dalğa Arena”da ilk qolumuzun müəllifi iyunun 11-də Qırğızıstana böyük hesabla qalib gəldiyimiz oyunun (3:0) 16-cı dəqiqəsində fərqlənən U-17-ün üzvü Kənan Manafov olub.
Mehman SÜLEYMANOV

0
0