UEFA “Barselona”ya 110 min avro cərimə kəsdi
07.10.2011 - 15:18
UEFA “Barselona”nı böyük məbləğdə cərimələyib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu Çempionlar Liqası və UEFA Superkubokunun son qalibini azarkeşlərinin hərəkətinə görə 110 min avro xərcə salıb. Belə ki, “Barsa”nın azarkeşləri avqustun 26-da Monakoda “Porto” ilə oyunda qələbəni bayram edərkən pirotexnikadan istifadə ediblər. Kataloniya təmsilçisinin rəhbərliyinin apelyasiya verməyə 10 gün vaxtı var.
0
0