“Sumqayıt Şəhər” – “Bakı” oyununun vaxtı dəyişdirildi
07.10.2011 - 16:56
“Sumqayıt Şəhər” – “Bakı” oyununun vaxtı dəyişdirildi
Azərbaycan Premyer Liqasında növbəti - XIX turun 1 oyununun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, "Sumqayıt Şəhər" klubu Peşəkar Futbol Liqasına (PFL) ünvanladığı məktubda bir neçə futbolçusunun 21 yaşlılardan ibarət yığmamızın heyətində Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Norveç və Belçika komandaları ilə oyunda iştirakını nəzərə almağı və Premyer Liqanın IX turunda “Bakı” ilə görüşünün bir gün sonraya dəyişdirilməsini xahiş edib. PFL prezidenti Ramin Musayev yuxarıda göstərilənləri və "Bakı"nın razılıq məktubunu nəzərə alaraq, Sumqayıtdakı oyunun oktyabrın 16-da keçirilməyinə qərar verib.

Mənbə: pfl.az