UEFA AFFA-nı cəzalandıra bilər
07.10.2011 - 23:00
UEFA AFFA-nı cəzalandıra bilər
Avro-2-12-nin seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da Avstriya millisinə uduzan Azərbaycan yığması cəzalandırıla bilər. Apasport.az saytının xəbərinə görə, buna səbəb azarkeşlərin meydana kənar əşyalar atması olub.

Belə ki, millimizin çılğın azarkeşlərindən biri məğlubiyyəti həzm edə bilmədiyindən telefonunu 82-ci dəqiqədə meydana atıb. Baş hakim isə sübut kimi həmin telefonu ehtiyat hakimə verib.

Referi bunu matçın protokoluna qeyd edərsə, çox güman UEFA AFFA-nı cəzalandırılacaq.