Berti Foqtsun şərhi: Komandaya hansısa iradım yoxdur
07.10.2011 - 22:11
Berti Foqtsun şərhi: Komandaya hansısa iradım yoxdur
“Saşa Yunisoğlunun qırmızı vərəqə alması oyunun dönüş nöqtəsi oldu”. Apasport.az saytının xəbərinə görə, bunu millimizin baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı çalışdırıcı Avro-2012-nin seçmə mərhələsində Avstriyaya 1:4 hesablı məğlubiyyətdən sonra fikirlərini açıqlayıb: “10 nəfərlə Avstriya kimi yığmaya qarşı oynamaq çox çətindir. Qol şanslarımız oldu, amma yararlana bilmədik. Göstərdiyi oyuna görə komandaya hansısa iradım yoxdur”.