Vüqar Nadirov: Ürəyimə dammışdı ki, qol vuracağam
07.10.2011 - 23:01
Vüqar Nadirov: Ürəyimə dammışdı ki, qol vuracağam
“Hələ oyundan öncə ürəyimə dammışdı ki, baş məşqçi mənə şans verib meydana buraxsa, qol vuracağam”. Bunu apasport.az saytına açıqlamasında milli komandamızın futbolçusu Vüqar Nadirov deyib.

Yığmamız Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Avstriyaya böyük hesabla uduzdu. 1:4 hesabla məğlub olduğumuz qarşılaşmada yeganə qolumuzun müəllifi olan Nadirov bildirib ki, Saşa Yunisoğunun qovulmasından sonra rəqibin hesabı açması komandamıza pis təsir edib: “Komandada ruh düşkünlüyü yarandı. Bunun da nəticəsində bu hesabla uduzduq. Çalışıb bu məğlubiyyəti unutmaq lazımdı”.