Rəşad Sadıqov: Bu cür uduzmaq ağlımızdan belə keçmirdi
08.10.2011 - 00:04
“Çox acınacaqlı hesabla yenildik. Bu cür məğlub olacağımız ağlımızdan belə keçmirdi”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.
Avro-2012-nin qrup mərhələsi çərçivəsində sonuncu ev oyununu keçirən yığma komandamız Avstriya millisinə uduzdu. “Dalğa Arena”da baş tutan matçda millimiz qol vursa da, rəqibin 4 topuna əngəl ola bilməyib.
Halbuki, Belçika və Qazaxıstanla oyunlarda qazanılan 4 xaldan sonra əksəriyyət millimizdən ən azı xal qazanacağını gözləyirdi. Bu amilin futbolçular üzərində təzyiq yaradıb-yaratmadığına gəldikdə, müdafiəçi bunun elə də ciddi təsirinin olmadığını qeyd edib: “Bunun komanda üzərində heç bir təsiri yox idi. Komanda meydanda hərəkətli idi. Sadəcə qırmızı vərəqə, ardınca buraxılan qol təsirini göstərdi. Fasiləyə qədər qol epizodları yaratdıq, amma istifadə edə bilmədik. İkinci hissədə səhvlərimizdən qol buraxdıq, nəticədə böyükhesablı məğlubiyyətə uğradıq”.
Komanda yoldaşına göstərilən qırmızı vərəqəyə gəldikdə, kapitan həmin epizoda baxmağın zəruriliyini vurğulayıb: “Belə fikir yürütmək çətindir. Həmin epizodun videoyazısına baxmaq lazımdır”.
Türkiyə ilə matça da toxunan təcrübəli futbolçu tsikilin son görüşünün komandamız üçün çətin keçəcəyini deyib: “Bizi çətin oyun gözləyir. Heç olmasa yaxşı oyun nümayiş etdirib, seçmə mərhələni bu şəkildə yekunlaşdırmaq lazımdır”.

0
0