Elnur Allahverdiyev hamıdan üzr istədi
08.10.2011 - 00:14
Elnur Allahverdiyev hamıdan üzr istədi
“Çox zəif oynadıq. Böyük hesablı məğlubiyyətə görə, hər kəsdən üzr istəyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev deyib.

Avstriya ilə keçirilən oyunun ilk dəqiqələrindən meydanda olan və cəzalı Mahir Şükürovu əvəzləyən müdafiəçi əsəbi hərəkətləri ilə diqqət çəkirdi. Meydana qələbə qazanmaq üçün çıxdıqlarını deyən Allahverdiyev matçdan sonra üzüntülü görünürdü. O, oyunun dəyişməsində Saşa Yunisoğlunun qırmızı vərəqə almasının da təsirinin olduğunu qeyd edib: “Əlbəttə, qırmızı vərəqənin oyunumuza mənfi təsiri oldu”.

Xatırladaq ki, millimiz Avstriyaya 1:4 hesabı ilə uduzub.