Rauf Əliyev “Türk Telekom Arena”ya buraxılmır
08.10.2011 - 09:57
Azərbaycan milli komandası Avro-2012-nin seçmə mərhələsindəki son oyununa itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, oktyabrın 11-də Türkiyə ilə səfərdə keçiriləcək qarşılaşmada Saşa Yunisoğlu ilə yanaşı Rauf Əliyev iştirak etməyəcək. Hücumçumuzun “Türk Telekom Arena”ya buraxılmamağına səbəb onun cəzalı duruma düşməsidir. Belə ki, Raud oktyabrın 7-də Avstriya ilə Bakıdakı görüşdə sarı vərəqə ilə cəzalanıb. Bu, Əliyevin seçmə mərhələdə 2-ci sarısı olduğundan o, növbəti oyunu buraxmalı olacaq. Rauf ilk xəbərdarlığını da Avstriya ilə matçda almışdı. O, ötən il oktyabrın 8-də Vyanada cəzalanmışdı.
Qeyd edək ki, Saşa qırmızı vərəqə aldığı üçün növbəti matçı buraxacaq.
Qeyd edək ki, Saşa qırmızı vərəqə aldığı üçün növbəti matçı buraxacaq.
- Tilemans dubl etdi - Oyunun ən yaxşı futbolçusu seçildi
- Seneqal tarix yazdı - DÇ-da buna nail olan ilk Afrika millisi
- Sarr tarix yazdı - Seneqal millisinin rekordçusu oldu
- “Beşiktaş” Trossar üçün “Arsenal”la razılaşdı - Futbolçunun tələbləri bitmir
- “Bavariya” açıqladı - Saibari ilə 2031-ci ilə qədər müqavilə
0
0