Vaqif Cavadov yığmadan imtina etdi
08.10.2011 - 10:06
Rusiyanın “Volqa” (Nijni Novqorod) klubunun futbolçusu Vaqif Cavadov bundan sonra Azərbaycan yığmasında oynamayacaq. Apasport.az saytının məlumatına görə, buna 22 yaşlı hücumçunun şəxsi qərarı səbəb olub.
Belə ki, Avstriya ilə Avro-2012-nin seçmə mərhələsinin görüşündən sonra Cavadov yığma karyerasını davam etdirmək istəməyib. İndiyədək yığmada 40 oyuna 7 qol vuran hücumçu millidəki növbəti bərbad oyunundan sonra özü də anlayıb ki, komandaya kömək etmək iqtidarında deyil.
Əksər matçlarda olduğu kimi, yenə komandada ən zəiflərdən olan hücumçu baş məşqçinin də bundan sonra ona güvənməyəcəyini aşkar gördüyündən özü getmək qərarına gəlib.

0
0