Maris Verpakovskis cəzalandı
08.10.2011 - 10:16
“Bakı” klubunun üzvləri latviya milli komandasının növbəti oyununda sevinc yaşayıb. Apasport.az saytının məlumatına görə, hər 2 komandanın baş məşqçisi olan Aleksandr Starkovun yetirmələri Avro-2012-nin seçmə mərhələsinin Malta ilə görüşündən qalib ayrılmağı bacarıb. 2:0 hesablı qələbəyə “Bakı”nın futbolçuları Denis İvanovla Maris Verpakovskis də şərik olublar. Start heyətində meydana çıxan bu 2 futbolçudan yalnız Denis 90 dəqiqə meydanda olub. Uzatma dəqiqələrində əvəzlənən Maris isə sarı vərəqə ilə cəzalanmağa da imkan tapıb. Marisi isə 90+1-ci dəqiqədə “Simurq”un üzvü Andrey Rubin əvəzləyib. Digər təmsilçimiz - “Qəbələ”nin qapıçısı Pavel Doroşev isə ehtiyatda qalıb.
Qeyd edək ki, seçmə mərhələdə artıq 4-cü sarı vərəqəni alan Verpakovskis cəzalı duruma düşüb. O, tsiklin Xorvatiya ilə sonuncu matçını buraxmalı olacaq.
Qeyd edək ki, seçmə mərhələdə artıq 4-cü sarı vərəqəni alan Verpakovskis cəzalı duruma düşüb. O, tsiklin Xorvatiya ilə sonuncu matçını buraxmalı olacaq.
- Tilemans dubl etdi - Oyunun ən yaxşı futbolçusu seçildi
- Seneqal tarix yazdı - DÇ-da buna nail olan ilk Afrika millisi
- Sarr tarix yazdı - Seneqal millisinin rekordçusu oldu
- “Beşiktaş” Trossar üçün “Arsenal”la razılaşdı - Futbolçunun tələbləri bitmir
- “Bavariya” açıqladı - Saibari ilə 2031-ci ilə qədər müqavilə
0
0