Uinston Parks Ronaldinyonun əlini sıxdı
08.10.2011 - 10:42
“Bakı” klubunun futbolçusu Uinston Parks Kosta-Rika yığmasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Xorxe Luis Pintonun yetirmələri Braziliya milli komandası ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Parks və yoldaşları Julio Sezar, Dani Alveş, Ronaldinyo kimi ulduzlarla qarşılaşmada 0:1 hesabı ilə uduzub. Pentakampeonların qələbə qolunu 59-cu dəqiqədə daha bir ulduz Neymar vurub. Start heyətində meydana çıxan Uinson 64-cü dəqiqədə əvəzlənib. O, start heyətində meydana çıxdığından Julio Sezar, Ronaldinyo və Neymarla oyun öncəsi görüşmək, ulduzların əlini sıxmaq imkanı da qazanıb.
- Tilemans dubl etdi - Oyunun ən yaxşı futbolçusu seçildi
- Seneqal tarix yazdı - DÇ-da buna nail olan ilk Afrika millisi
- Sarr tarix yazdı - Seneqal millisinin rekordçusu oldu
- “Beşiktaş” Trossar üçün “Arsenal”la razılaşdı - Futbolçunun tələbləri bitmir
- “Bavariya” açıqladı - Saibari ilə 2031-ci ilə qədər müqavilə
0
0