Millimiz darmadağınla üzləşdi - YENİLƏNİB
08.10.2011 - 18:51
19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yer aldığı VIII qrupda II tura yekun vurulub.
İsveçdə yarışan Vəli Qasımovun yetirmələri meydan sahiblərini 1:0 hesabı ilə məğlub etdikdən sonra Rumıniya ilə görüşüb. İlk turda İtaliyanı 2:1 hesabı ilə yenən rəqiblə matç liderlərin dueli sayılırdı. Bu matçdakı qələbə yığmamıza demək olar ki, elit raunda çıxaracaqdı.
Çünki ardıcıl 2 qələbədən sonra minimum 2-ci pillənin təmin olunması ehtimalı yüksək idi. Amma millimiz ilk oyundakı uğurun davamını gətirə bilməyib. Komandamız az öncə başa çatan oyunda darmadağınla üzləşib.
8 oktyabr
Rumıniya – Azərbaycan - 3:0
Qol: Qavra, 66; 85; 90
Hakim: Mark Stiven Uitbi (Uels)
Falkenberq stadionu. Falkenberq (İsveç)
İtaliya - İsveç1:1
Qol: De Silvestro, 45 - Nazari, 88 (pen)
Hakim: Pavle Radovanoviç (Çernoqoriya)
Paskberqsvallen stadionu. Varberq (İsveç)
Komandamız növbəti matçını İtaliyaya qarşı keçirəcək.

0
0