Kamran Ağayev: Əgər xalq məni bağışlamasa, nə deyə bilərəm?
08.10.2011 - 11:36
Kamran Ağayev: Əgər xalq məni bağışlamasa, nə deyə bilərəm?
“Oyun barəsində nə deyə bilərəm? Biz elə komandayıq ki, ustalığımız istədiyimiz nəticəni əldə etməyə imkan vermir. 10 futbolçu ilə qalmasaydıq, nəticə başqa cür olardı”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev deyib.

Avro-2012-nin seçmə mərhələsində Avstriyaya 1:4 hesabla uduzduğumuz görüş barədə fikirlərini açıqlayan Ağayev bildirib ki, millimizin oyunu alınmayıb: “Yaxşı oynamadıq. Özümdən də narazı qaldım. Doğma divarlar arasında 4 top buraxmaq düzgün bir şey deyil. Məğlubiyyətə görə, Azərbaycan xalqından üzr istəyirəm. Əgər xalq məni bağışlama, nə deyə bilərəm? Çalışacağıq növbəti matçlarda onlara yenə qələbələr bəxş edək. Bir daha təkrarlayıram: biz Braziliya yığması deyilik ki, görüşdə dönüş yaradaq”.

Məğlubiyyətə rəğmən, qolkiper sonda nikbin danışıb: “3 gündən sonra Türkiyə ilə qarşılaşacağıq. İstanbula nəticə dalınca gedirik”.

KAMRAN