Biabırçı oyunda 4 yubiley
08.10.2011 - 11:54
Avro-2012-nin seçmə mərhələsinin Avstriya ilə Bakıdakı qarşılaşması Azərbaycan millisi üçün 4 yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 1:4 hesablı məğlubiyyətin kölgəsində qalan əlamətdar hadisələrdən biri stadion, biri baş məşqçi, biri futbolçu, digəri rəqiblə bağlıdır.
“Dalğa Arena”da 10-cu qarşılaşma. Bu matçadək yeni inşa olunan stadionda U-17 4, U-17 (qızlar) 3, əsas yığma və U-21 hərəyə 1 matç keçirmişdi. Avstriya ilə görüş yubiley matçı oldu.
Berti Foqtsun 40-cı oyunu. Bu matçadək millimizi 39 qarşılaşmaya çıxaran baş məşqçi yubiley görüşündən məyus ayrıldı.
Vaqif Cavadovun da “qırxı” çıxdı. 22 yaşlı hücumçu yığmada 40-cı matçını keçirdi. İndiyədək 39 qarşılaşmada 7 dəfə fərqlənən forvard yubileydən sonra millidən imtina etdi.
Buraxılan 200-cü qol. Yığmamız seçmə mərhələlərdə 200-cü dəfə qol buraxdı. Bu görüşədək 198 dəfə üzülən komandamız Mark Yankonun ifasında vurulan matçdakı 2-ci qolla yubileyə çatıb.

0
0