Vaqif Cavadovun milli komandadan imtinasının səbəbi bəlli oldu
08.10.2011 - 12:36
Vaqif Cavadovun milli komandamızdan imtina etməsinin səbəbi məlum olub. Apasport.az saytının xəbərinə görə, Avstriya ilə matçın (1:4) 57-ci dəqiqəsində Vüqar Nadirovla əvəzlənməsi gənc futbolçunun xoşuna gəlməyib.
O, meydandan çıxmasına etiraz etdiyindən yığmamızın baş məşqçisi Berti Foqtsdan “hesabat” istəyib. Belə ki, oyundan sonra Cavadov almaniyalı çalışdırıcıdan nəyə görə əvəz olunmasının səbəbini soruşub. Foqts da futbolçuya zəif oynadığını deyib.
Bu sözlər isə xoşuna gəlmədiyindən, Vaqif əşyalarını toplayaraq millinin düşərgəsini tərk edib.
Qeyd edək ki, Avstriya ilə matçda 57 dəqiqə meydanda olan Cavadov heç nə ilə yadda qalmayıb. Onun yerinə meydana daxil olan Nadirov isə oyunda yeganə qolumuzun müəllifi olub.

0
0