“Futbolçuların meydanda vuruşacağına inanıram”
08.10.2011 - 12:54
“Futbolçuların meydanda vuruşacağına inanıram”
“Hazırda Premyer Liqada zəif komanda yoxdur. Bütün klublar meydana qələbə əzmi ilə çıxır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev deyib.

Təcrübəli mütəxəssis Premyer Liqanın IX turunun “Qəbələ” ilə oyunu haqda fikirlərini açıqlayıb. Allahverdiyev PFL-in rəsmi saytına açıqlamasında oktyabrın 10-da, Şəmkirdə “Turan”la yoldaşlıq oyunu keçirəcəklərini də bildirib: “Biz də “Qəbələ” ilə oyunun asan olmayacağını bilirik. Lakin, futbolçularımın qalib gəlmək üçün 90 dəqiqə meydanda vuruşacaqlarına inanıram”.