Rəşad Sadıqov: Rekorda 7 oyun qaldı
08.10.2011 - 13:02
Rəşad Sadıqov: Rekorda 7 oyun qaldı
Avro-2012-nin seçmə mərhələsinin oktyabrın 7-də Avstriya ilə qarşılaşması Azərbaycan milli komandasının sabiq futbolçusu Vaqif Cavadov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, artıq yığma karyerasını bitirən hücumçu millidə 40-cı oyununu keçirib. O, 40 oyun həddinə çatan 17-ci futbolçu olub.

Millimizin rekordçusu adı isə hələ də Aslan Kərimova məxsusdur. AFFA tərəfindən rəsmi status alan 179 qarşılaşmadan 80-də meydana çıxan müdafiəçi özü kimi yığma karyerası bitmiş Mahmud Qurbanov və Tərlan Əhmədovdan öndə qərarlaşıb.

Karyerasını davam etdirənlər sırasında rekordçu olan Rəşad Sadıqov isə 73-cü dəfə milli forma geyməklə, Aslana bir az da yaxınlaşıb. İndi sabiq və indiki kapitanı cəmi 7 oyun ayırır.

futbolçuoyunqol
Aslan Kərimov800
Mahmud Qurbanov761
Tərlan Əhmədov750
Rəşad Sadıqov73 4
Qurban Qurbanov6714
Emin Ağayev651
Mahir Şükürov531
Emin Quliyev523
Kamal Quliyev470
Samir Abasov460
Arif Əsədov460
Emin İmaməliyev452
Vyaçeslav Lıçkin455
Aleksandr Çertoqanov440
Rasim Abışov402
Zaur Tağızadə406
Vaqif Cavadov407