Milli komandamız “Mövenpick Hotel & Resorts”da
08.10.2011 - 13:12
Milli komandamız “Mövenpick Hotel & Resorts”da
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsinin Türkiyə ilə oktyabrın 11-də keçiriləcək qarşılaşması ərəfəsində baş tutacaq açıq məşqi və mətbuat konfransının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, oktyabrın 9-da, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00), İstanbuldakı “Türk Telekom Arena”da yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqə çıxacaq.

Ertəsi gün yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 16:00), “Mövenpick Hotel & Resorts”-un “Caramelita” zalında Azərbaycan millisinin oyunqabağı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, millimiz Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də “Türk Telekom Arena”da Türkiyə yığması ilə qarşılaşacaq. Oyun yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) başlayacaq.