“Vaqif Cavadov hələ uşaqdır, özünü itirib” - MÜSAHİBƏ
08.10.2011 - 14:19
AFFA-nın İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun apasport.az saytına müsahibəsi
- Azərbaycan yığmasının Avstriyaya 1:4 hesabı ilə uduzduğu oyun barədə nə deyə bilərsiniz?
- Bu qarşılaşma barədə çox danışmaq olmaz. Hər kəs gördü ki, komanda hansı vəziyyətdədir.
- Görüşdən sonra yığmamızın düşərgəsində xoşagəlməz hal yaşanıb. Qardaşınız oğlu Vaqif Cavadovun millidən imtina edib. Bunu səbəbini bilmirsiniz?
- Vaqiflə bu barədə danışmamışam. Yəqin ki, arada nəsə problem olub ki, Vaqif belə hərəkət edib. Onun düz və ya səhv addım atdığına şərh verə bilmərəm. Əgər hadisənin içində yoxamsa, ətraflı danışmaram.
- Vaqif əvəzlənməsinə etiraz əlaməti olaraq, bu addımı atıb...
- O, uşaqdır. Amma damarlarında azərbaycanlı qanı axır. Güclü oynadıqca, yenə də milliyə çağırılacaq. Bilirsiniz, millinin baş məşqçisi Berti Foqtsun əlində material yoxdur. Azərbaycanda neçə hücumçu var ki? Ən yaxşı halda, 3 nəfər. Vaqif Cavadov, Rauf Əliyev və Vüqar Nadirov. Əgər seçim imkanı geniş olsaydı, başqalarını da nəzərdən keçirmək olardı. Amma yoxdu. Əvvəl İsgəndər Cavadov İqor Ponomaryov, Maşallah Əhmədov, Səməd Qurbanov və digərləri vardı. İndi bizdə yaxşı futbolçu azdır. Ümumiyyətlə, bütün komandamız zəif təsir bağışladı.
- Belə başa düşdük ki, komandanın zəif çıxışında baş məşqçi Foqtsu deyil, futbolçuları günahkar hesab edirsiniz...
- Kimisə günahkar saymaq fikrim yoxdur. Bilirsiniz, komandanın hər bir üzvü üzərinə düşəni dərk etməldir. Bilməlidir ki, mən meydançaya kimin qarşısına çıxıram. Foqts Almaniya yığması ilə Avropa çempionu olub. Əlbəttə ki, bu uğurda futbolçuların əməyi böyükdür. İndi Azərbaycanda yaxşı futbolçu azdır, seçim imkanı yoxdur. Foqts bu komanda ilə heç vaxt nəticə qazana bilməz.
- Sizcə, vəziyyətdən çıxmaq üçün nə etmək lazımdır?
- Heyətdəki futbolçuları dəyişib, yenilərini gətirmək.
- Sizcə, Vaqif Cavadov 2 il bundan öncəki futbolunu oynaya bilirmi?
- Əlbəttə ki, yox. Vaqif əvvəlki oyununu sərgiləmir. O, hələ uşaqdır, özünü, oyun tərzini itirib. Bilirsiniz ki, o, indi Rusiya Premyer Liqasında oynayır, oyun üslubu dəyişib. Rusiyada futbol inkişaf edir. Azərbaycanda isə dayanıb yerində. Əgər Vaqif daha güclü futbolçu olmaq istəyirsə, mütləq yaxşı oynamalıdır.
- Azərbaycan millisindən imtinası və zəif oyunu ilə əlaqədar onunla söhbət etmək fikriniz varmı?
- Dediyim kimi, Vaqif hələ gəncdir, düşüncələri tez-tez dəyişə bilər. Bəlkə də, oyunu ilə əlaqədar deyilən hər hansı bir söz ona mənfi təsir göstərəcək. İndiki vəziyyətdə ona nəsə demək istəmirəm. Amma güclü oynadıqca, Azərbaycan millisinə gəlməldir. Çünki azərbaycanlıdır və yığma komandanın formasını geyinməkdən şərəf duymalıdır. Bir məsələ var ki, əgər nəsə problemi olmasaydı, millidən getməzdi. Yəqin ki, hadisənin səbəbi barədə milli komandanın baş məşqçisini məlumatlandırıb. Zəif oyuna görə, təkcə Vaqif günahkar deyil. Siz deyin, hansı futbolçumuz yaxşı oynadı ki?
- Azərbaycan millisi bu əhval-ruhiyyə ilə Türkiyəyə yollanıb. Seçmə mərhələnin oyunundan nə gözləyirsiniz?
- Heç nə gözləmirəm. Çünki Türkiyə milli komandası dünən Almaniyaya məğlub olub. Onlar azarkeşlərin qınağından qurtarmaq və xal ehtiyatını zənginləşdirmək üçün mütləq qələbə qazanmalıdırlar. Eyni zamanda, onlar Bakıdakı oyunun əvəzini çıxmağa çalışacaqlar. Revanş almaq üçün meydançaya çıxacaqlar.
- Azərbaycan futbolunda inkişaf görmədiyinizi dediniz. Belçikadan xal almaq və Türkiyəni evdə məğlub etmək nəyin nəticəsində mümkün oldu?
- Onlar Azərbaycan millisini dəyərləndirmədilər. Bizə hörmətsizlik etdilər, ona görə də xal itirdilər. Rəqibi dəyərləndirmək lazımdır. Hətta o vaxt Kiyev “Dinamo”su kimi komanda “Neftçi”nin gücünü tam dəyərləndirirdi, bilirdilər ki, bizimlə görüşdə uduzarlar.

0
0