“Neftçi” təmir olunan arenada
08.10.2011 - 14:28
“Neftçi” təmir olunan arenada
"Neftçi" klubu Azərbaycan Premyer liqasının IX turunun "İnter"lə oyununa hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda üzvləri bu gün səhər saatlarında Tofiq Bəhramov adına Respublika stadionunda məşq ediblər.

Flaqmanın texniki-taktiki hazırlığa həsr olunacaq məşqi də təmir işləri aparılan mərkəzi arenada baş tutacaq. Hazırlıq prosesi saat 17:00-da start götürəcək.

Qeyd edək ki, "Neftçi" - "İnter" matçı oktyabrın 16-da keçiriləcək.