Avstriya millisinin baş məşqçisi Bakıya təbrik göndərdi
08.10.2011 - 14:39
Avstriya millisinin baş məşqçisi Bakıya təbrik göndərdi
“Azərbaycan yığması ilə oyunu televiziyadan izlədim. Gördüyüm yeni oyun sistemi gələcəkdə bizə uğur gətirəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya milli komandasının yeni baş məşqçisi Marsel Koller deyib.

Fəaliyyətinə bu aykı 2 seçmə oyundan sonra başlayacaq isveçrəli mütəxəssis Bakıda Azərbaycan millisini 4:1 hesabı ilə yenən komandasına təbriklər yollayıb: “Bakıdakı qələbəyə görə komandanı uzaqdan təbrik edirəm. Bu qələbə baş məşqçi əvəzi Villi Ruttensteyner və bütün komandanın uğurudur”.