“Bakıdakı gecə həqiqətən də çox gözəl idi”
08.10.2011 - 15:03
“Düşünürəm ki, bundan möhtəşəm dönüş mümkün deyildi. Bakıdakı gecə həqiqətən də bütün komanda üçün çox gözəl idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya yığmasının futbolçusu Andreas İvanşits deyib.
Təxminən il yarım yığmadan kənar qalan futbolçunun milliyə dönüşü Azərbaycanla Bakıdakı görüşdə gerçəkləşib. O, Avro-2012-nin seçmə mərhələ oyununda baş tutan dönüşünü qolla və komandasının 4:1 hesablı qələbəsi ilə qeyd edib: “Düzdür, matçın gedişində sakitləşib, arxayın da oynayırdıq. Amma buna baxmayaraq, yenə 4:1 hesabı ilə qalib gəldik. Baş məşqçi Villi Ruttensteynerə təşəkkürlər. Sağ olsun ki, yığmanı belə tez vaxtda ayağa qaldırdı”.

0
0