Foqtsda “quş” tutan oğlan
08.10.2011 - 23:01
Avro-2012-nin seçmə mərhələsinin Avstriya ilə oyununda 1:4 hesablı məğlubiyyətə üzülən Azərbaycan millisinin azarkeşləri sevindirici xəbər aldı. Yığmanın formasında meydana çıxan 22 yaşlı Vaqif Cavadovun bir daha millidə oynamayacağına minlərlə azarkeş ürəkdən sevinib.
22 yaşlı hücumçunun... Bir dəqiqə... Yığmadakı 40 oyuna cəmi 7 qol, yəni, hər matçda orta hesabla 0,175 dəfə fərqlənən futbolçuya hücumçu da demək olmaz. Heç millidə oynadığı kimi hücumameylli yarımmüdafiəçi də. Belə çıxır ki, Vaqif hər 7-8 matçdan bir rəqib qapısına yol tapır. Çoxlarını bir sual düşündürür: Müdafiəçi olmasına baxmayaraq, kifayət qədər məhsuldar olan Rəşad Sadıqov Cavadovun mövqeyində oynasaydı, Vaqifdən çox qol vurardımı?
Adəti üzrə Avstriya ilə matçda da meydanda gəzişən, az qala topla “gizlənqaç” oynayıb, ona toxunmaqdan çəkinən hücumçu bu dəfə də tribunaların narazılığına səbəb oldu. Az qala daim fanatların fitə basdığı, müxtəlif sözlərlə meydanda olmamağını istədiyi hücumçudan artıq canımız qurtardı. Özü də Vaqifin öz təşəbbüsü ilə.
Matçın gedişində əvəzlənən Cavadov Berti Foqtsdan onu niyə belə tez əvəzləməsinin hesabını tələb edib. Futbolçu olduğu halda, vəzifəsi oynamaq olan Vaqif bunu unudub. Daha doğrusu, futbolçu olmadığını özü də dərk edib və almaniyalı ilə müzakirələrə, sonra mübahisəyə girişib. Nəticədə isə yığmada oynamaq istəməyib.
Təşəkkürlər, Vaqif! Çox sağ ol. Foqtsun bacarmadığını sən etdin. Almaniyalı sənin yığma səviyyəsində oyunçu olmadığını görə bilmirdi. Nədənsə, hər dəfə sənə etimad göstərirdi. O, səndən imtina etməyi bacarmırdı. Sağ ol ki, özün getdin. Özün başa düşdün ki, milli sənlik deyil. Necə ki...
...Rusiya MOİK-inin əvəzedici heyəti də sənlik deyildi. Sonra səni “Qarabağ”a, ardınca “Tvente”yə sırıdılar. Yalnız “Qarabağ”da baş məşqçi Qurban Qurbanovun tələbkarlığı, sənə çox vaxt sərf edib, üzərində çalışması sayəsində nəsə etdin. Amma “Tvente”də... Səviyyəni orda gördük: heç əvəzedici heyətə də lazım olmadın.
Həmin vaxt “Qarabağ” da səni geri qaytarmaqdan imtina etdi. Çünki fərasətinə Qurbanovdan yaxşı bələd olan ikinci mütəxəssis yoxdur. Yəqin ki, daim oyunçu çatışmazlığından əziyyət çəkən Qurbanov səni qaytarmaqdansa, məcburiyyətdən, ehtiyacdan özünün çıxıb oynamasının effektini düşünüb. Hər nə isə səndən imtina etdilər... Necə ki, MOİK və “Tvente”nin əvəzedici heyəti mədəni yolla imtina etmişdi.
“Bakı”ya keçəndən sonra bu klub da səni uzun müddət saxlamaq istəmədi. Hollandiyaya qayıdanda enshedelilər də sənə heç gözlərinin ucu ilə baxmadılar. Yəqin ki, “Volqa”da da çox duruş gətirə bilməyəcəksən. Təki biz yanılaq. Amma bizim acığımıza canını meydanda qoyub üzərində işləsən, futbolçu olsan... Buna ən çox biz sevinərik. Bəlkə də bu yazılanların acığına səni futbolçu edə bildik. Amma çətin: MOİK, “Tvente”, “Qarabağ”, “Bakı”, hətta millinin bacarmadığını, biz necə bacaraq?
Amma bir şeyi unutma, Vaqif! Foqtsla hansısa problemin ola bilər. Amma Türkiyə ilə çətin oyun öncəsi, milli yarımcan qaldığı vaxtda komandadan imtina etmək, bu, əsl vətəndaşa baş ucalığı gətirmir...

0
0