Türkiyə - Azərbaycan matçına pulsuz bilet paylanır
08.10.2011 - 15:51
Türkiyə - Azərbaycan matçına pulsuz bilet paylanır
Türkiyə yığması oktyabrın 11-də Azərbaycanla oyunda daha çox azarkeş dəstəyi əldə etmək istəyir. Apasport.az saytının məlumatına görə, bu məqsədlə qrup ikinciliyi üçün mübarizə aparan türkiyəlilərin “Türk Telekom Arena”dakı qarşılaşmasına uşaqlarla qadınların girişi pulsuz olacaq. Bu məqsədlə Şərq tribunasında 3270 yer ayrılıb. Ora biletləri 16 yaşı olmayanlar və qadınlar ala bilər. Lakin uşaqlar bilet üçün 1996-cı il yanvarın 1-dən sonra anadan olduqlarını təsdiqləyən sənəd də təqdim etməlidirlər.