Volkan millimizlə oyunun hazırlığına qatılmadı
08.10.2011 - 16:04
Volkan millimizlə oyunun hazırlığına qatılmadı
Türkiyə milli komandası oktyabrın 11-də Azərbaycan yığması ilə keçirəcəyi Avro-2012-nin seçmə oyununa hazırlığını başlayıb. Apasport.az saytının məlumatına görə, 1 gün əvvəl Almaniya ilə baş tutan qarşılaşmada 90 dəqiqə forma geyən futbolçular bərpaedici hazırlıq keçibsə, digərləri tam məşq ediblər.

Lakin əsas qapıçı Volkan Dəmirəl bu hazırlıqlara qatılmayıb. Bundestimlə qarşılaşmada sol baldırını zədələyən qolkiperin millimizlə matç üçün qorunması məsləhət bilinib.