Fərhad Vəliyev Kamran Ağayevdən daha yaxşı imiş...
08.10.2011 - 23:00
Fərhad Vəliyev Kamran Ağayevdən daha yaxşı imiş...
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev milli komandada buraxılan qolların sayında Cahangir Həsənzadə və Fərhad Vəliyevi arxada qoyub. Apasport.az saytının məlumatına görə, 25 yaşlı qolkiper Avro-2012-nin seçmə mərhələsinin Avstriya ilə görüşündə 4 qol buraxmaqla, şəxsi hesabını “- 48”ə çatdırıb.

Hərçənd, onun indi “keçdiyi” Cahangir də, Fərhad da bu qədər qolu daha çox oyunda forma geyindiyindən buraxıb. Artıq Azərbaycan yığmasının ən çox qol buraxan 2-ci qapıçısı olan Ağayev Dmitri Kramarenkonun antirekordundan 25 top geridədir.

Millidə ən çox qol buraxan 6 qapıçı

qapıçıoyunqolorta hesabla
Dmitri Kramarenko33-73-2,21
Kamran Ağayev28-48-1,64
Cahangir Həsənzadə34-47-1,38
Fərhad Vəliyev32-45-1,41
Aleksandr Jidkov22-39-1,77
Elxan Həsənov16-30-1,88