İsveçin taleyi öz əlində: Pley-offdan kim azad olacaq?
08.10.2011 - 23:04
İsveçin taleyi öz əlində: Pley-offdan kim azad olacaq?
Avro-2012-nin seçmə mərhələsinin sonuna 1 tur qalmış qrup ikincisi kimi final mərhələsinə yüksələn komandanın kimliyinə aydınlıq gəlməyib. Apasport.az saytının məlumatına görə, 9 qrupda 2-ci olan komandalar arasında ən yaxşı nəticəyə malik komanda birbaşa Polşa və Ukraynaya vəsiqə qazanmaqla, digər 8 komandadan fərqli pley-off oynamayacaq. Bu komandalar müqayisə olunarkən, 6 iştirakçı olan qrupların autsayderi ilə görüşlər nəzərə alınmır.

Belə hesablamaya əsasən, bu adı qazanmağa ən yaxın isə İsveç millisidir. Hesabında 15 belə xal olan skandinaviyalılar son turda artıq 1-ci yeri təmin edən Hollandiyanı məğlub edərsə, final mərhələsinə yüksələcək.

Düzdür, indiki vəziyyətdə Danimarka daha çox 16 xala malikdir. Lakin onlar da son turda liderə - eyni sayda xala malik Portuqaliya ilə görüşəcək. Qalib komanda artıq qrup lideri olacaq. Heç-heçə halında isə danimarkalılar 17 xalla 2-ci olacaq. İsveçin “narıncılar” üzərindəki qələbəsi isə onları digərləri üçün əlçatmaz olacaq.

ABelçika7   2    3    214 - 119
Bİrlandiya73    3    18 - 512
CEstoniya84    1    313 - 1113
DBosniya və Herseqovina 74    1    28 - 713
Eİsveç75    0    217 - 915
FXorvatiya 74    1    210 - 613
GMonteneqro73    3    17 - 512
HDanimarka75    1    113 - 516
IÇexiya73    1    38 - 710