Rəşad Sadiqov: Qırmızı vərəqə bizi çox yordu - MÜSAHİBƏ
08.10.2011 - 16:48
Azərbaycan yığması Avro-2012-nin seçmə qrup mərhələsində növbəti oyununu keçirdi. “Dalğa-Arena”da Avstriya millisinə 1:4 hesabı ilə uduzan komandamızın yarımmüdafiəçisi Rəşad Sadiqov apasport.az saytının əməkdaşına məğlubiyyətin səbəbləri və Türkiyə ilə qarşıdakı matç barəsində danışıb.
- Oyunun gərgin olacağını qabaqcadan bilirdik. Buna baxmayaraq, azarkeşlər önündə qələbə qazanmaq istəyirdik. Matç başlayanda, çətin anlar yaşadıq. Rəqib pressinq tətbiq etdi. Belə komandalara qarşı görüşdə ilk 10 dəqiqəni dözmək lazımdır. Ondan sonra hər şey yoluna düşür. Bizdə də belə oldu və nəticədə avstriyalıların qapısı önündə təhlükəli vəziyyətlər yaratdıq.
- Onda istəyinizi gerçəkləşdirməyə nə mane oldu?
- Saşa Yunisoğlunun qırmızı vərəq alması işləri korladı. Oyunumuzda eniş yarandı. Azlıqda qalarkən, rəqib bizi daha çox sıxmağa başladı. Düzü, Avropada belə rəqiblərlə 10 nəfərlə mübarizə aparmaq çətindir.
- Hər halda, komandamız ilk hissədə düşən 2 fürsəti də dəyərləndirə bilmədi...
- Bəli. Biz qol vura bilərdik. Amma alınmadı. Azarkeşlərimizi üzdük. Rəqib isə, yaratdığı qol vəziyyətindən yararlandı. Çox təəssüflənirəm.
- “Dalğa Arena”nın ot örtüyünün süni olması oyununuza hansısa təsir göstərdimi?
- Belə düşünmürəm. Düzü, qırmızı vərəqə almağımız bizi çox yordu. Xeyli enerji itirdik.
- Oktyabrın 11-də sizi İstanbulda Türkiyə ilə matç gözləyir. Bu uğursuzluğu orada unutdurmaq olacaqmı?
- Türkiyə kollektivi ilə oyundan qabaq evdə 4 top buraxmaq pis oldu. İnanıram ki, toparlanıb, səfərdə gözəl futbol nümayiş etdirə biləcəyik.
Kamran HACI

0
0