Əlcəyi qəlyana dəyişdi, “çərçivə”yə düşmədi
09.10.2011 - 10:00
Azərbaycan milli komandasının sabiq futbolçusu Fərhad Vəliyevin yığmadan kənarlaşdırılmasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, artıq çıxış etdiyi “Qarabağ”ın da heyətinə düşməkdə çətinlik çəkən 31 yaşlı qapıçının üstündən xətt çəkilməsi heç də təsadüfi deyil.
Belə ki, Vəliyev Avro-2012-nin seçmə mərhələsinin Qazaxıstanla səfər qarşılaşmasından əvvəl etdiyi hərəkətin cəzasını çəkir.
Sən demə, Fərhad qəlyan çəkməyə aludə olub və toplanış zamanı bu vərdişindən əl çəkməyib. Hətta yığmanın baş məşqçisi Berti Foqts da qapıçını “iş başında” yaxalayıb.
Bundan sonra Fərhada “səndən belə hərəkət gözləməzdim” deyən almaniyalı bir daha ona güvənmir. Astanadakı həmin 1:2 hesablı biabırçı məğlubiyyətdən sonra ölkə mətbuatında futbolçuların əyləncələrə aludə olması ilə bağlı yayılan xəbərlər də əsassız deyilmiş.
Qeyd edək ki, Fərhad həmin səhvindən sonra bu mövzuda danışmaqdan imtina edib.

0
0