“Azərbaycanı udub Avro-2012-yə çıxarıq”
09.10.2011 - 16:42
“Əslində bir reallıq var ki, Almaniyanı udası deyilik. Ancaq evdə heç olmasa heç-heçəyə ümid edirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Bursaspor” klubunun kapitanı Ömər Ərdoğan deyib.
Təcrübəli müdafiəçi Avro-2012-nin seçmə mərhələsinin oktyabrın 11-də keçiriləcək Türkiyə - Azərbaycan oyunu haqda fikirlərini açıqlayıb: “İndi isə taleyimiz öz əlimizdə deyil. Azərbaycanı məğlub edib, Belçikanın uda bilməməsini gözləyəcəyik. Təki belə olmayaydı. Hər şey özümüzdən asılı olardı. Lakin inanıram ki, Avro-2012-yə çıxarıq”.

0
0