Emin Ağayevin komandasının seriyası qırıldı
09.10.2011 - 19:00
Emin Ağayevin komandasının seriyası qırıldı
Rusiya çempionatının II divizionunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin baş məşqçisi olduğu Kaspiyskin “Daqdizel” klubu Cənub zonasında XXIII turun matçına çıxıb.

Bu qarşılaşmayadək 4 oyundur qələbə qazanan, 7 matçdır qol buraxmayan Kaspiysk təmsilçisinin hər 2 seriyası “Astraxan”la səfər görüşündə qırılıb – 1:1. Buna baxmayaraq Ağayevin yetirmələri 10 turluq məğlubiyyətsiz seriyası ilə öyünə bilər.

Qeyd edək ki, 23 oyundan sonra hesabında 36 xal olan “Daqdizel” 18 komanda arasında 6-cı pillədə qərarlaşıb.