Elxan Məmmədov: Vaqif Cavadovla bağlı bir ölçü götürəcəyik
09.10.2011 - 19:22
“Vaqif Cavadovun milli komandanın düşərgəsini özbaşına tərk etməsi digər futbolçulara da pis nümunədir. Lakin bu dəqiqə heç kim Vaqif haqda düşünmür”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Oktyabrın 11-də keçiriləcək Avro-2012-nin Türkiyə ilə seçmə matçına hazırlaşan Azərbaycan milli komandasının düşərgəsində olan Məmmədov yığmadan ayrılan Vaqif Cavadovun bu hərəkətinə münasibət bildirib: “Hazırda bütün milli üzvləri qarşıdakı oyuna köklənib. Onlar yüksək əhval-ruhiyyədədirlər. Bu üzdən Cavadov haqda fikirləşmirik. Elə AFFA rəhbərliyi də hələ i, futbolçu ilə söhbət etməyib. Lakin onun haqda bir ölçü götürüləcək. Yığmadan imtina etdiyi üçün hökmən cəzalanacaq. Ona ən böyük cəza isə baş məşqçi Berti Foqtsun millidə qalacağı halda almaniyalının özü tərəfindən veriləcək. Bu, hücumçudan birdəfəlik imtina olacaq”.

0
0