“Vaqif elə cəza almalıdır ki, digərlərinə dərs olsun”
09.10.2011 - 23:00
Avro-2012-nin seçmə qrup mərhələsində son oyununu keçirmək üçün Türkiyəyə yollanan Azərbaycan yığması İstanbulda hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “Türk Telekom Arena”da millimizin açıq məşqini AFFA-nın baş katibi Elxan Məmmədov da izləyirdi. İstanbula ezam olunan azərbaycanlı jurnalistlərə müsahibəsində Məmmədov öncə Vaqif Cavadovun yığmadan imtina etməsinə, və digər suallara aydınlıq gətirdi.
- Vaqif hərəkəti ilə milli komandaya münasibətini göstərdi. O, bizimlə əlaqə saxlayıb danışmaq istəsə, buna hazırıq. Amma demək istəyirəm ki, Vaqif qeyri-peşəkarlıq edib, ondan bu hərəkəti gözləmirdik. Unutmasın ki, ilk növbədə özü üçün oynayır, bu peşədən özü üçün gəlir əldə edir. Ən vacibi Vətən, Azərbaycan üçün oynayır. Bu, milli komandadır, bu komanda mətbuatın, baş məşqçinin yox, Azərbaycanındır. Millidən imtina onun milliyə yanaşmasını göstərir. Unutmayaq ki, Rauf Əliyev cəzalı olduğundan bura gəlməyib. Bilirdi ki, Türkiyə ilə oyuna hücumçusuz gedirik. Buna baxmayaraq, Vaqif bu addımı atdı.
- Vaqiflə bu məsələ ilə bağlı söhbətinizin olmadığını dediniz. Bəs Foqtsla bu barədə hansısa müzakirə olubmu?
- Oldu, amma qısa. Hazırda bütün fikirlər Türkiyə ilə oyuna yönəlib. Berti Foqts konkret dedi ki, mən azərbaycanlıdan bu hərəkəti gözləməzdim.
- AFFA səlahiyyətindən istifadə edib Cavadova hansısa cəza verə bilərmi?
- Təbii ki. Bu məsələyə seçmə mərhələ qurtarandan sonra AFFA-nın İntizam Komitəsində baxılacaq. Bununla bağlı tədbir görüləcək.
- Cəza nədən ibarət ola bilər?
- Bunu artıq deyə bilmərəm.
- Bəs belə hallar üçün İntizam Kodeksində hansısa bənd varmı?
- Var. Millidən imtina edən futbolçulara qarşı Kodeksidə belə bir bənd var. Bu məsələyə istisna hal kimi fərqli prizmadan baxmaq lazımdır. Çünki bu, təlim-məşq toplanışı deyil. Məsələn, Rəşad Abdullayev 1 ay öncə təlim-məşq toplanışına gəlməmişdi. Bu məsələ də unudulmayıb. Gördüyünüz kimi, Rəşad Abdullayev artıq milliyə çağırılmır. Amma bu rəsmi oyundur. Bir oyun bitdi, digəri başlayır.
- Amma Vaqif yaxın dairəsinə bildirib ki, hər şey mətbuatda yazılanlar kimi deyil...
- Yenə deyirəm, onun hərəkəti mənfi nümunədir. Qərarı baş məşqçi verəcək. Düzdür, Berti Foqtsun millidə qalıb-qalmayacağını hələ bilmirik. Foqts öz mövqeyini bildirib. Vaqif elə bir cəza almalıdır ki, digərlərinə dərs olsun.
- Foqts yığmada qalacağı təqdirdə, belə demək olarmı ki, millinin qapıları Cavadovun üzünə bağlı olacaq?
- Biz Foqtsun sisteminə, prinsipinə artıq bələdik. Hesab edirəm ki, Foqts yığmada qalsa, Vaqifi komandaya çağırmayacaq.
- Yəqin ki, Foqts gedəcəyi təqdirdə, onu əvəzləyəcək baş məşqçi bu barədə məlumatlandırılacaq.
- Təbii ki. Berti Foqts bizlə çalışanadək Azərbaycan futbolunda baş verənlər haqqında məlumatlandırılıb. Hər şey almaniyalı məşqçiyə izah olunmuşdu. Yeni baş məşqçi gəlsə, ona da məlumat verəcəyik.
- Bəs Vaqifin imtinasından sonra komandada ab-hava necədir?
- Lap əla. Kimsə Vaqifi düşünmür. Hamı oyuna köklənib. Komanda ilə görüşmüşəm. Təəssüf ki, Avstriya ilə oyunda müsbət nəticə qazana bilmədik. Buna baxmayaraq, Türkiyə ilə oyuna hazırdır. Bilirsiniz ki, Avstriya ilə görüşdə artıq 27-ci dəqiqədən 10 nəfərlə qaldıq. Bundan sonra oyun biz istədiyimiz kimi getmədi.
- Saşa Yunisoğlunun qırmızı vərəqə alması böyük hesabla uduzmağımıza səbəb oldu. Onu hansısa cəza gözləyirmi?
- Bu məsələni baş məşqçi ilə qısaca müzakirə etdik. Türkiyə ilə qarşılaşmadan sonra bununla bağlı geniş açıqlama veriləcək. Amma komandanı pis vəziyyətdə qoymaq olmaz.
- Berti Foqtslu millimizin çıxışını qənaətbəxş sayırsınızmı?
- Bizim məqsədlərimiz, hədəfimiz daha böyükdür. Unutmayaq ki, indiyədək seçmə mərhələlərdə maksimum 5 xal toplamışdıq. İndi isə artıq 7 xal var. Avstriya ilə oyundan sonra düşünürdük ki, komanda artıq 7 xal toplayıb, bunu daha da artırmaq mümkün idi. Əgər indi komanda 7 xal toplayıbsa, deməli, bunu qənaətbəxş saymaq olar.
- Siz Foqtsla mütamadi əlaqədə olursunuz. Almaniyalı mütəxəssis yığmadakı hazırkı durumundan nə dərəcədə razıdır?
- O, böyük titullar qazanmış məşqçidir, qarşısına daha böyük hədəflər qoyur. Hesab edirəm ki, komandadan daha yaxşı nəticə gözləyir.
- Türkiyə millisi Avro-2012-nin pley-off mərhələsinə yüksəlmək baxımından bu oyuna çox ciddi yanaşır. Bunu nəzərə alsaq, millimiz türkiyəlilərlə qarşılaşmada nəyə ümid edə bilər?
- Təəssüf ki, Türkiyə Avstriya ilə oyunda qələbə qazana bilmədi. Qələbə qazansaydı, artıq vəsiqəyə sahib çıxardı.
- Bu, həm də Azərbaycan yığmasının xeyrinə olardı...
- Türkiyə öz, biz isə öz oyunumuzu oynayacağıq. Azərbaycan İstanbula öz oyununu oynamağa gəlib.

0
0