“Milli komanda üçün oynayanda, şəxsi maraqlar ikinci plana düşməlidir”
09.10.2011 - 23:00
“Vaqif Cavadovun milli komandanın düşərgəsini tərk edib, getməsini dəstəkləmirəm. Milli komanda üçün oynayanda şəxsi maraqlar ikinci plana düşməlidir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq kapitanı Aslan Kərimov deyib.
Veteran yarımmüdafiəçinin fikrincə, bu qərarı Vaqifə xeyir gətirməyəcək:
“Düzünü desəm, Vaqif Cavadovun gedişinin tam səbəbini bilmirəm. Sözsüz ki, səbəbsiz iş yoxdur. Amma milli komandanı nəzərə alıb, dözmək lazımdır. Hər bir futbolçu ayrı-ayrılıqda şəxsiyyətdir. Onun da şəxsi düşüncəsi var. Lakin bir şeyi unutmaq olmaz ki, milli komanda Foqtsun, sənin-mənim deyil, xalqındır. İstənilən halda, Vaqif haqsızdır. Bəlkə də, yaxın gələcəkdə səhvini başa düşüb, geri qayıdacaq”.
22 yaşlı hücumçu Avstriya ilə oyunun gedişində Vüqar Nadirovla əvəzlənməsinə etiraz əlaməti olaraq, bu addımı atıb. Aslan Kərimov futbolçunun baş məşqçiyə etirazını ümumiyyətlə başa düşmədiyini deyib: “Uzun müddət milli komandanın formasını geyinmişəm. Əgər sən 9 milyon Azərbaycan xalqının içindən seçilib, milliyə dəvət olunursansa, deməli, bu məsuliyyəti dərk etməlisən. Baş məşqçi nəticəyə cavabdeh adamdır. O, oyunun gedişində əsəbiləşə də bilər, çığıra da bilər. Ona qarşı gəlmək olmaz. Baş məşqçi bəzən yanlış hərəkət etsə belə, haqlıdır. Vaqif hələ cavandır. Vaxt keçdikcə təcrübə qazanacaq və bunları yaxşı aydınlaşdıra biləcək”

0
0