Azərbaycan millisi “Türk Telekom Arena”da yağışlı havada məşq etdi
09.10.2011 - 23:21
Azərbaycan millisi “Türk Telekom Arena”da yağışlı havada məşq etdi
Futbol üzrə Azərbaycan milli komandası oktyabrın 9-da Türkiyənin İstanbul şəhərindəki “Türk Telekom Arena”da məşqə çıxıb. Apasport.az saytının İstanbula ezam olunan əməkdaşının verdiyi məlumata görə, məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

Hazırlıq prosesini AFFA-nın baş katibi Elxan Məmmədov və federasiyanın digər rəsmiləri, eləcə də azərbaycanlı və türkiyəli jurnalistlər izləyiblər. Yağışlı hava şəraitinə rəğmən, yığmamızın üzvləri yüksək əhval-ruhiyyədə görünüblər. Bir saatadək davam edən hazırlıq prosesindən sonra futbolçular komandamız üçün ayrılan avtobusla stadionu dövlət yol polisinə məxsus avtomobilin müşayiəti ilə tərk ediblər.

Qeyd edək ki, 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Türkiyə - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Görüş “Türk Telekom Arena”da baş tutacaq.