Rusiya Premyer Liqa təmsilçisindən təklif alan azərbaycanlı futbolçu
10.10.2011 - 09:14
Rusiya Premyer Liqa təmsilçisindən təklif alan azərbaycanlı futbolçu
Azərbaycanlı futbolçu Emin Mahmudov çıxış etdiyi yaxın vaxtda Moskva “Spartak”ını tərk edə bilər. Apasport.az saytının məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi ilə Rusiyanın digər Premyer Liqa təmsilçisi maraqlanıb. Onun adı açıqlanmasa da, onun ilk “8-lik”də olan klublardan biri olduğu deyilir. Ancaq “Spartak” hələ Eminlə bağlı konkret təklif almayıb. Komandanın baş məşqçisi Valeri Karpin isə yaxında bildirib ki, futbolçu ilə yollarını ayırmaq fikrində deyillər.

Qeyd edək ki, ötən qış “Saturn” dağılandan sonra “Spartak”a keçən Emin 17 yaşlılardan ibarət yığmamızda oynayıb, millimizin maraq dairəsindədir.