Qələbəni 1 xala dəyişdik - YENİLƏNİB
10.10.2011 - 18:54
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, keçirdiyi hər 3 matçda uduzan Bernard Lippertin yetirmələri ilk xalını Belçika ilə ev oyununda qazanıb. Halbuki səfərdə 1:4 hesabı ilə uduzduğumuz rəqiblə görüşdə qalib gəlməli idik. Hər halda, ilk hissənin ortasında 9 dəqiqəyə vurduğumuz 2 qolla hesabda 2:0 irəlidə idik. Ancaq sonradan bu üstünlüyü əldən verdik və nəticədə qələbəni 3 xalla dəyişdik.
Qeyd edək ki, qrupumuzda keçiriləcək digər görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq liderlər – Norveç və İngiltərənin duelidir.
10 oktyabr
18:00. Azərbaycan – Belçika- 2:2
QOL: Cavid İmamverdiyev, 22, Cihan Özkara,31 - De Pauv, 40, De Yong, 76
Baş hakim: Marius Avram
Baş hakimin köməkçiləri: Sebastyan George, Miklos Nagi
Dördüncü hakim: Radu Popesku (hamısı Rumıniya)
Hakim-inspektor: Valter Klark (Şimali İrlandiya)
UEFA nümayəndəsi: Mehmet Süheyl Önen (Türkiyə)
Bakı. “Dalğa Arena” stadionu

| 1 | İngiltərə | 2 | 2 | 0 | 0 | 9-0 | 6 |
|---|---|---|---|---|---|---|---|
| 2 | Norveç | 2 | 2 | 0 | 0 | 4-0 | 6 |
| 3 | İslandiya | 3 | 1 | 0 | 2 | 2-6 | 3 |
| 4 | Belçika | 3 | 1 | 1 | 1 | 7-5 | 4 |
| 5 | AZƏRBAYCAN | 4 | 0 | 1 | 3 | 3-14 | 1 |
0
0