4 medal və komanda hesabında 1-ci yer
10.10.2011 - 09:20
Bakıda keçirilən kişilər arasında cüdo üzrə Dünya kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində təşkil edilən yarışda Azərbaycan milli komandası 2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub.
Cüdoçularımızdan Vüqar Şirinli (60 kq) və Tərlan Kərimov (66 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Həlledici döyüşdə Şirinliyə uduzan İlqar Müşkiyev gümüş medalla kifayətlənib.
Millimizə bürünc medalı isə Rüstəm Orucov (73 kq) qazandırıb.
Qeyd edək ki, yığmamız komanda hesabında birinci yeri tutub. İkinci pillə Rusiyaya (1 qızıl, 1 gümüş və 4 bürünc) qismət olub. İlk “üçlüyü” isə Misir qapayıb (1 qızıl, 1 bürünc).

0
0